Azərbaycanda 3 qadının öldüyü dəhşətli hadisə ilə bağlı YENİ FAKTLARbackend

Azərbaycanda 3 qadının öldüyü dəhşətli hadisə ilə bağlı YENİ FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gün Goranboy rayonu Qızılhacılı qəsəbəsində 3 avtoobilin toqquşması və 3 nəfərin ölümü, 4 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb.
TİA.AZ xəbər verir ki, dəhşətli qəzada vəfat edən qadınlar rayonun Xanqərvənd bələdiyyəsinin tabeliyində olan Təklə kəndinin sakinləridir. Onların olduğu avtomobil əvvəlcə “BMW”, daha sonra digər maşına çırpılıb.
Bildirilir ki, qəzada vəfat edən 1969-cu il təvəllüdlü Vəzifə Tanrıverdiyeva Goranboy rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində çalışırmış. Qəzada onun bacısı Aybəniz Tanrıverdiyeva və digər sərnişin, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə vəfat edib.
Dəhşətli qəzada ağır xəsarət alan 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu və onun övladı, 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı isə Gəncədəki xəstəxanalara köçürülüblər. Daha 2 nəfər isə orta-ağır dərəcəli xəsarətlər alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
///Publika.az