Azərbaycanda 3 kanalın yayımı dayandırılırbackend

Azərbaycanda 3 kanalın yayımı dayandırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“HD yayıma keçidlə əlaqədar AzTV, Mədəniyyət TV və İdman TV kanallarının yayımı “AzTV Xəbər” 31.05.2021-ci il tarixli saat 00:00 buraxılışından sonra müvəqqəti olaraq dayandırılacaq”.

TİA.AZ xəbər verir ki, bu barədə İdman TV-nin “Facebook” hesabında məlumat paylaşılıb:

“Hörmətli tamaşaçılar!
HD yayıma keçidlə əlaqədar AzTV, MədəniyyətTV və İdmanTV kanallarının yayımı “AzTV Xəbər”in saat 00:00 buraxılışından sonra müvəqqəti olaraq dayandırılacaq.

Kanalların fəaliyyəti sabah saat 16:00-da bərpa ediləcək”.