Azərbaycanda 3 aylıq şirkət 2 milyon manatlıq tenderin qalibi elan edilibbackend

Azərbaycanda 3 aylıq şirkət 2 milyon manatlıq tenderin qalibi elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər və İdman Nazirliyinin Xəzər Rayon Gənclər və İdman İdarəsi bədən tərbiyəsi və idmanın təşkili ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

TİA.AZ vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Tremix-Co” MMC-dir.

Qalib şirkətə 2,158 milyon manat ödəniləcək.

“Tremix-Co” ötən il dekabrın 9-da dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Günel Oqtay qızı Qəmbərovadır.