Azərbaycanda 18 oktyabrın qeyri-iş günü elan edilməsi təklif olundubackend

Azərbaycanda 18 oktyabrın qeyri-iş günü elan edilməsi təklif olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Bu, çox əlamətdar hadisədir”.
TİA.AZ xəbərinə görə, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında “Müstəqlillik Günü haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, indiki qüvvədə olan sənədlərə görə 28 May qeyri-iş günü və 18 oktyabr iş günüdür: “Mən bunlar arasında fərq qoyulmasını düzgün hesab etmirəm. Dövlət bayramı gününün qeyd edilməsi Prezidentin fərmanında varsa, onun peşə günü kimi qeyd edilməsini istəmirik. Hər iki bayram günü qeyri-iş günü kimi qeyd edilməlidir”.