Azərbaycanda 13 yaşlı qız ana oldubackend

Azərbaycanda 13 yaşlı qız ana oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yeniyetmə qız uşaq dünyaya gətirib.

TİA.AZ lent.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bilirib. Onun sözlərinə görə, ötən gün 13 yaşlı qız ev şəraitində uşaq doğub:

“Bəlkə yuxudaydım…Kəmalə xala,13 yaşım var, təcavüzdən uşağım doğulub…
Yuxuda deyildim…Uşağın dedikləri məni bu gecə yuxu görməyə həsrət qoydu…

Dünən ev şəraitində 13 yaşlı qız dünyaya uşaq gətirib. Xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşməyini xahiş edir…”.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən lent.az-a bildirildi ki, hadisə barədə araşdırma aparılır. Araşdırmanın nəticəsindən sonra lazımi hüquqi tədbir görüləcək.