Azərbaycanda 11 bankın kredit portfeli azalıb – SİYAHIbackend

Azərbaycanda 11 bankın kredit portfeli azalıb – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-nin bu il aprelin 1-nə kredit portfeli illik müqayisədə az olub.

TİA.AZ Renkinq.az-a istinadən xəbər verir ki, bunlar Pakistan Milli Bankının Bakı filialı, “Azər-Türk Bank”, “Bank BTB”, “Muğan Bank”, “Premium Bank”, “Express Bank”, “Xalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “AFB Bank” ASC-lər, “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lərdir.

Ən çox azalma “AFB Bank”da (68,5%), ən az azalma isə Pakistan bankında (3,6%) qeydə alınıb.

Qalan 15 bankın kredit portfeli artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (83,1%), ən aşağı dinamika isə “Yelo Bank” ASC-də (0,8%) qeydə alınıb.