Azərbaycanda 1 manat min manata satılır – Videobackend

Azərbaycanda 1 manat min manata satılır – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elan saytlarının birində 1 manatlıq əskinas, 1000 manata satışa çıxarılıb. Əskinasın satan Səbuhi Hüseynov bildirib ki, bu 1 manatı 1000 manata bərabər edən səbəb onun seriya nömrəsidir ki, bunun da kifayət qədər həvəskarları var.

TİA.AZ xəbər verir ki, elan saytlarında 1000 manata satılan 1 manat…
1 manatlıq əskinasın, gündəlik xərclədiyimiz və ya gördüyümüz əskinaslardan heç bir fərqi yoxdur. Lakin bu əskinas 1000 manata  təklif  edilir.

Bakı  sakini Səbuhi Hüseynov bildirib ki, ilk dövriyəyə buraxılan pul əskinaslarına  kolleksiyaçılar  xüsusi  həssaslıqla yanaşır. Sözügedən manatı satmağına səbəb isə kolleksiyasına yeni əskinaslar qatmaqdır.

5 ildir bu işlə məşğul olan Səbuhi  deyir ki, 7-ci seriyalı 1 manatlıq da ondadır.Hələlik onu satmağı düşünmür.

Səbuhi Hüseynovun kollekiyasında müxtəlif illərdə dövryəyə buraxılmış pullarla yanaşı xüsusi hazırlanmış əskinaslar,  qəpiklər də yer alır. Qeyd edək ki, onun bu kolleksiyası arasında 1000 manata satışa çıxardığı 1 manatlıq əskinas hələ satılmasa da artıq zəng edib maraqlananlar var.