Azərbaycana və Ermənistana qaytarılan əsirlərin sayı açıqlandıbackend

Azərbaycana və Ermənistana qaytarılan əsirlərin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu günə qədər Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin mübadiləsi prosesi çərçivəsində 55-dən çox Ermənistan Respublikası vətəndaşı və 15 Azərbaycan Respublikası vətəndaşı vətənlərinə qaytarılıb”.
TİA.AZ xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti Mərkəzinin rəis müavini, polkovnik Dmitri Perepelkin keçirdiyi brifinqdə məlumat verib.
“Rusiya sülhməramlı kontingentinin komandanlığının səyləri ilə yanvarın 28-də Azərbaycanla Ermənistan arasında daha bir hərbi əsir mübadiləsi baş verdi. 1 hərbçi Bakıya qaytarıldı, 5 Ermənistan vətəndaşı İrəvana təslim edildi”, – deyə o qeyd edib.