Tribuna İnformasiya Agentliyi

Azərbaycana gələn turistin itmiş telefonu tapılaraq özünə qaytarılıb

28 Mart

Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistin itmiş telefonu tapılaraq özünə təhvil verilib. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistin itmiş telefonu tapılaraq özünə təhvil verilib.

TİA.AZ Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn qadın turist Sara Almansoori Qəbələ şəhəri ərazisindəki Tufandağ istirahət mərkəzində qarlı ərazidə mobil telefonunu itirməsi barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət edib.

Dərhal görülən müvafiq tədbirlər nəticəsində telefon tapılaraq sahibinə qaytarılıb.