“Azərbaycana əsas silah tədarükçüsü Rusiyadır” – Prezidentbackend

“Azərbaycana əsas silah tədarükçüsü Rusiyadır” – Prezident

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bəyan edib ki, ölkəsinə başlıca silah tədarükçüsü Rusiyadır.

«İnterfaks» agentliyinin xəbər verdiyi kimi, prezident bu etirafı oktabrın 24-də Fransanın «Le Fiqaro» nəşrinə verdiyi müsahibədə edib. Beləliklə, Əliyev təsdiqləmiş olub ki, Dağlıq Qarabağ münanişəsinin hər iki tərəfi (Azərbaycan və Ermənistan) də Rusiya silahı ilə döyüşür.

Doğrudur, bu zaman Prezident qeyd edib ki, əgər Bakı silah tədarükünə görə Moskva ilə səliqəli qaydada hesablaşırsa, Ermənistan hər şeyi müftə alır.

«Biz, bir çox ölkələrdən silah alırıq, amma onun böyük hissəsini Türkiyə və İsaildən yox, Rusiyadan alırıq. Ermənistandan fərqli olaraq, biz Rusiyaya pul ödəyirik. Ermənistan isə Rusiyadan silahları pulsuz alır» – Əliyev bəyan edib.

Bununla belə, Prezident etiraf edib ki, Rusiya Azərbaycan ordusu üçün yeganə silah tədarükçüsü deyil. «Biz, həm də silahları İrandan, Ukraynadan və Belarusdan alırıq» – Pezident bildirib.

Onun sözlərinə görə, bu gün ölkəmiz müasir silahlar almaq imkanına malikdir, bu da Azərbaycanın ərazi bütövlüyünün bərpasna kömək edəcək.