Tribuna İnformasiya Agentliyi

AZƏRBAYCANA EDİLƏN “KİMYƏVİ HÜCUMA”DÜNYA SUSUR

07 Aprel

Suriyada Bəşər Əsədin kimyəvi silahdan istifadə etməsinə qarşı dünyanın böyük dövlətləri hazırda bütün güclərin birləşdirmək üçün addımlar atırlar.  

Suriyada Bəşər Əsədin kimyəvi silahdan istifadə etməsinə qarşı dünyanın böyük dövlətləri hazırda bütün güclərin birləşdirmək üçün addımlar atırlar. 

ABŞ Prezidenti bütün mədəni dövlətləri onun ətrafında birləşməyə çağırıb. ABŞ hərbi gücləri Suriyadakı aviabazanı vurublar. Dünya bu saat kimyəvi silahdan istifadə etdiyinə görə, Suriyanı parçalamağa hazırdı.

Bəs, 1991-ci ildən bu günə qədər işğalçı Ermənistanın Azərbaycana və onun əhalisinə, torpağına, ekologiyasına qarşı apardığı kimyəvi müharibənin qarşısını kim alacaq?

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev TİA.AZ-a bildirdi ki, Qarabağda müharibə dövründə ermənilər zəhərli mismarlı raketlərdən istifadə ediblər, hazırda ermənistan ərazisindən çaylar vasitəsilə kimyəvi tullantılar Azərbaycana axıdılır, meşələrimizdə Metsamorun nüvvə tullantıları basdırılır. Bunu faktlarla da göstərmək olar:

“Birincisi, Ermənistanda nəşr olunan “Lragir” qəzeti yazır ki, qarabağlı jurnalist Armine Narinyan tərəfindən “Facebook” sosial şəbəkəsində Sərsəng su anbarında balıqların kütləvi ölməsi barədə xəbər yayılıb. Balıqların məhv olmasına isə Qarabağda faydalı qazıntıları istismar edən “Beytz Metal” (Base Metals) şirkətinin (“Valleks” şirkətləri qrupu) Drmbon yatağında qızıl-mis emalı zamanı sianidləri çaya buraxması səbəb göstərilir.

İkincisi, çəlləklərdə “A-TOOZ” yazısıyla xüsusi yeşiklərdə Ermənistanın ərazisindən göndərilmiş qabaqcadan müəyyən edilmiş ərazilərdə xüsusi çuxurlarda basdırılan bu tullantılar əsasən Xocalının şimal-qərb hissəsində Kolataq, Seyidbəyli və Almalı kəndlərinin bitki faunasını və Xocalı ərazisinin bütün ekalogiyasını məhv edib.

Üçüncüsü, kimyəvi silahlar hazırda Şuşa rayonunun (şimal hissəsində Xəlfəli yaşayış məntəqəsi), Xocavənd rayonunun (qərb hissəsində Kiş yaşayış məntəqəsi) və Xankəndi rayonun (şərq hissəsində Əsgəran yaşayış məntəqəsi) ərazisində xüsusi laboratoriyalarda hazırlanır.

Dördüncüsü, işğal edilmiş ərazidə 29 nüvə mərkəzi var. Bu sahədə radiasiya və nüvə tullantıları 80 000 hektar kənd təsərrüfatı torpağını, 150 000 hektar meşəni, 22 000 hektar şəxsi sahələri və iki yaşayış qəsəbəsini zəhərləmişdir. Ermənistanın “Razdanmaş”, “Armavir”, “Akopyan”, “CakMacMetals” və “Vartaniol” Şirkətləri nüvə texnologiyalarını Dağlıq Qarabağdan keçirməklə İrana və İraqa ötürmüşlər. Sonuncu şirkət, həmçinin, işğal edilmiş ərazidə “C-300” və “Tayfun” tipli raketlərin təkmilləşdirilməsi prosesinə cəlb edilmişdir. Sankt – Peterburq Fizika İnstitutunun, Moskvanın Kurçatov adına Nüvə Texnologiyaları İnstitutunun və Minskin Nüvə Fizikası İnstitutunun laboratoriyaları Qarabağ dağlarında işləyirlər.
Beşinci, Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunun təxminən yarısı İran vətəndaşlarına icarəyə verilmişdir. Nüvə tullantıları bu rayonun şərq hissəsində basdırılmışdır və 219 kvadrat kilometrlik sahə yüksək radiasiya ilə əhatə edilmişdir. Bu rayonun İrana yaxın hissəsi (93 kvadrat kilometr) on illiyə İranın sərhəd qüvvələrinə icarəyə verilmişdir.

Altıncı, Azərbaycanın işğal olunan Ağdərə rayonunda Drmbondakı dağ-mədən müəssisəsindən 2 km şimalda köhnə mədəndə artıq quyular qazılır və ətrafı da betonlanır. Belə beton quyuların köhnə mədəndə qazılmasının bircə səbəbi var. Ermənistanın hakimiyyət dairələri radioaktiv tullantları burada basdırmaq istəyirlər. Bu məlumatı isə mətbuata erməni ekoloq Hayk Smbatyan verib. Onun dediyinə görə, uran-235 izotopunun parçalanması 700 milyon, uran-238 izotopunun radioaktiv bölünmə zamanı isə daha çoxdur.

Yüzlərlə belə fakt yazmaq olar. Amerika Birləşmiş Ştatlarında kvant fizikası ilə məşğul olan professor A.Aqtarcanyan Ermənistanda çıxışı zamanı bildirmişdir: “Ermənilər bütün tarix boyu kütləvi qırğın silahları istiqamətində həmişə axtarışda olublar. “Böyük Ermənistan” ideyasını illüziyadan həqiqətə çevirmək istiqamətində son şansımız nüvə silahlarının tapıntısı, istehsalı olacaq”. Bu söz kifayət edər ki, Ermənistanı kimyəvi və kütləvi qırğın silahlarının hazırlanmasını sübut edək. Amma dünya susur”.

İlahə