backend

Azərbaycan yol polisi unikal texnika alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şübhəli şəxsləri hərəkətə keçmədən zərərləşdirən texnikaya sahibdir. Azərbaycan şübhəli şəxsləri hərəkətə keçmədən zərərləşdirən texnikaya sahibdir.

TİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən xüsusi cihaz mühəndis Akif Ekin tərəfindən hazırlanıb. Mühəndis bildirib ki, bu aparatları “Minority Report” və “Person of Interest” kimi serial və filmlərdən təsirlənərək hazırlayıb və avadanlıqlar artıq Azərbaycana, Yaxın Şərq və bəzi Avropa ölkələrinə satılıb.

Təhlükəsizlik aparatının xüsusiyyətlərindən danışan Ekinin sözlərinə görə, polis maşınlarının lampalarına yerləşdirilən sistem hərəkətlərindən şübhələnilən və ya axtarılan şəxsi aşkar etdikdə həmin şəxsin şəhər daxilindəki bütün hərəkətləri izlənməyə başlanır, hətta onu zərərsizləşdirir. Mühəndis onu da əlavə edib ki, sözügedən təhlükəsizlik aparatı üz tanıma, sürət müəyyənləşdirmək kimi xüsusiyyətlərə sahibdir.