Azərbaycan yığması Millətlər Liqasında mübarizəyə başlayır – AFİŞAbackend

Azərbaycan yığması Millətlər Liqasında mübarizəyə başlayır – AFİŞA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirəcək. Canni De Byazinin baş məşqçisi olduğu komanda C Liqasında 3-cü qrupun I turunda Qazaxıstanın qonağıdır. Oyun bu gün başlayacaq ən erkən qarşılaşma olacaq.

Paytaxt Nur-Sultandakı “Astana-Arena”da oynanılacaq matçı macarıstanlı İştvan Vadın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Qrupun digər matçında Belarus Serbiyada Slovakiyanı qəbul edəcək.

Həmçinin, Millətlər Liqasında bu gün digər görüşlər də baş tutacaq. Belçika – Niderland və Fransa – Danimarka matçları maraqla gözlənilir.

UEFA Millətlər Liqası

I tur

A Liqası

1-ci qrup

22:45 Fransa – Danimarka

22:45 Xorvatiya – Avstriya

4-cü qrup

22:45 Belçika – Niderland

C Liqası

3-cü qrup

18:00 Qazaxıstan – Azərbaycan

22:45 Belarus – Slovakiya

D Liqası

1-ci qrup

20:00 Latviya – Andorra

22:45 Lixtenşteyn – Moldova