Azərbaycan yeni silahlar istehsal edəcəkbackend

Azərbaycan yeni silahlar istehsal edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli birlik və müəssisələri tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin “Sifariş”ləri əsasında 67 adda yeni silah və hərbi texnika və digər hərbi əmlakların yaradılması (təcrübi-konstruktor işlərin) aparılması nəzərdə tutulub. Təcrübi-konstruktor işlər başa çatdıqdan sonra istehsal edilərək müvafiq qaydada Silahlı Qüvvələrə təhvil verilir.
Bu barədə MSN-dən  bildirilib.
“Ötən illərdə 156 adda məmulat yaradılıb (təcrübi-konstruktor işlər) və 1000 addan (nomenklaturadan) çox məmulatlar mənimsənilib və Silahlı Qüvvələr bu məmulatlarla təchiz edilib”, – qeyd olunub.