Azərbaycan yeni reallıq yaratdıbackend

Azərbaycan yeni reallıq yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir aydan çox davam edən müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulasiyası ilə nəticələndi. Bu dövr ərzində işğal olunmuş torpaqlarımızdan 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu.

Düşmənin əksər texnikası məhv edildi. Canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Düşmənin müqavimət qabiliyyətini itirmiş , başıpozuq dəstələri məhv edildi.

Ermənistan daxilindəki hazırki biabırçı mənzərə və gərgin vəziyyət, Paşınyana qarşı etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin məglub olmasını aydın şəkildə göstərdi.

30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi.

Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıq prosesində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz.

Bu uzun danışıqlar prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan silahlı qüvvələri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə, o cümlədən Şuşa şəhərinə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri başda olmaqla Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan ordusunun nəzarətindədir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşan mifi 44 günə dağıtdı. Azərbaycanın ərazi bütovlüyü bərpa olundu.

Həqiqətdir ki, Şuşaya nəzarət edən Qarabağa nəzarət edir, Şuşa şəgəri isə Azərbaycanın əlindədir.

Kəlbəcər, Ağdam və Laçının boşaldılması və Ermənistanla sərhəd bölgələrinin Azərbaycan ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 km-lik kiçik Laçın dəhlizi əlaqələndirəcək.

Qarabağa heç bir status verilmir.”Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur , tamamilə süquta ugrayıb.

Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz hissədir. Laçın dəhlizində təhlukəsizliyin təminatı

Azərbaycanın səlahiyyətindədir. Bəzi Qarabag erməniləri Azərbaycan vətəndaşlığını qəbul edərək , Qarabağda yaşamağa hazırdırlar.

Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi.

Mətanət Ramazanova

Nəsimi rayon Təhsil işçisi