AZƏRBAYCAN YENİ “LAÇIN DƏHLİZİ”NDƏ NƏLƏR TİKİB? – MARAQLI İDDİAbackend

AZƏRBAYCAN YENİ “LAÇIN DƏHLİZİ”NDƏ NƏLƏR TİKİB? – MARAQLI İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “Hraparak” qəzeti yeni iddia dolu məlumatlar yayıb. TİA.Az erməni mediasına istinadla xəbər verir ki, Azərbaycan tərəfi yeni Laçın yolunun yaxınlığında bir sıra tikililər inşa edib. Qəzet bildirir ki, Azərbaycan Ermənistanla sərhəddə bitişik ərazidə, Laçın yoluna çıxışın yaxınlığında, sərhəddən təxminən 200-300 metr aralıda yeni binalar tikib. Eləcə də yolun bitişik hissələrində 2 km-ə qədər məsafədə Azərbaycan mövqelərinə çox oxşar olan müəyyən tikililər görünür. Bütün bunların nə məqsəd daşıdığını demək çox çətindir. Lakin bilinən odur ki, Bakı yeni Laçın yolunu dəhliz kimi istifadə etmək üçün zəmanət versə də, bunun uzun müddət mümkün olacağı inandırıcı deyil. Bu tikililər, yeni yolun üzərində hərbi hissənin yaradılması onu deməyə əsas verir ki, bir müddətdən sonra Azərbaycan-Ermənistan sərhəddində gömrük-keçid məntəqəsi peyda olacaq, Laçın yolu isə dəhliz funksiyasını itirəcək.

TİA.Az