Tribuna İnformasiya Agentliyi

AZƏRBAYCAN VƏTƏNDAŞLARI AVROPAYA NƏ ZAMAN VİZASIZ GEDƏCƏK?

28 Mart

Bu gündən başlayaraq Gürcüstan vətəndaşları Avropaya vizasız gedəcəklər. Bu qərar qonşu ölkədə yaşayan azərbaycanlılara da şamil olunacaq. Bəs görəsən, Azərbaycan vətəndəşları nə zaman Avropaya vizasız gedəcək? 

Bu gündən başlayaraq Gürcüstan vətəndaşları Avropaya vizasız gedəcəklər. Bu qərar qonşu ölkədə yaşayan azərbaycanlılara da şamil olunacaq. Bəs görəsən, Azərbaycan vətəndəşları nə zaman Avropaya vizasız gedəcək?

Azərbaycan Turizm və Menecment Universitetinin professoru, turizm eksperti Bahadur Bilalov TİA.AZ-a bildirdi ki, bu günə qədər Avropaya getmək istəyən Azərbaycan vətəndaşları Gürcüstan üzərindən keçib gedirdilər: “Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə AZAL qiymətlərdə endirimlər etdi. Artıq əvvəlki illərlə müqayisədə Azərbaycan vətəndaşları üçün gediş sərfəlidir. Bilidiyimiz kimi, son dövrlərdə prezidentin verdiyi sərəncamlarla artıq Azərbayacana gəlmək istəyən hər hansı ölkə vətəndaşı asanlıqla viza alıb, Azərbaycana rahat gəlmək imkanına malikdirlər. Arzu edirik ki, nə zamansa Azərbaycan vətəndaşları da xarici ölklərə, o cümlədən Avropa ölkələrinə də bu sadəliklə viza alıb gedə bilərlər”.

İqtisadçı- ekspert Vüqar Bayramlı isə belə bir açıqlama verdi: “ Bu məsələ Avropa Birliyi, Ukrayna və Gürcüstan arasında bağlanan bir anlaşma əsasındadır. Vizasız rejimlə bağlı tərəflər arasında saziş imzalanıb və Gürcüstan vətəndaşları Avropaya belə sadə yolla getmək imkanı əldə ediblər. Bu, yalnız gürcüstan vətəndaşlarına aiddir.  Belə bir anlaşma olmadığı üçün Azərbaycan vətəndaşları bu imkandan yararlana bilməyəcəklər. Güman etmirəm ki, Gürcüstan və Gürcüstan üzərindən Avropaya gedənlərin sayı artacaq. Bu, birbaşa Gürcüstan vətəndaşlarına şamil olunduğu üçün Azərbaycan vətəndaşları bu hüquqdan istifadə edə bilməyəcəklər. Çünki Avropa Birliyi  ilə Azərbaycan arasında anlaşmanın imzalanmasına ehtiyac var. Yalnız belə bir anlaşma olandan sonra azərbaycan vətəndaşları vizasız gedə bilərlər. Düşünürəm ki, Azərbaycandan Gürcüstana, Gürcüstan üzərindən də Avropaya turist axınına təsir göstərməyəcək”.

Bu qərarın Azərbaycan üçün gözlənilən olub-olmamasına münasibətini bildirən ekspert vurğuladı ki, bunun üçün Azərbaycanla Avropa Birliyi arasında viza sadələşdirilməsi readmissiyayla bağlı anlaşma artıq imzalanıb, viza sadələşib:“Avropa Birliyi adətən belə bir qərar üçün assosiotiv müqavilə imzalamış ölkələrə təklif edir. Azərbaycan assosiotiv müqavilə mərhələsinə başlamayıb. Bununla bağlı xüsusi tərəfdaşla bağlı bir sənəd imzalanmalıdır. Həmin sənəddə vizasız rejim öz əksini, təsdiqini tapa bilərsə, gələcəkdə müzakirə oluna bilər. Hələlik tərəflər arasında bu müzakirə mövzusu deyil”.

İlahə