Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatın tam icrasını müzakirə etdilərbackend

Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatın tam icrasını müzakirə etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.
Bu barədə TİA.AZ-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələlərini, o cümlədən gələn il iki ölkə arasında diplomatik əlaqələrin təsis olunmasının 30-cu ildönümü çərçivəsində keçiriləcək tədbirləri geniş müzakirələr ediblər.
Tərəflər, həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tam icrası və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.