Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü başa çatıb, sənəd imzalanıbbackend

Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü başa çatıb, sənəd imzalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcütanda səfərdə olan Azərbaycaın müdafiə naziri general-polkovnik Zakir Həsənovun gürcü həmkarı Cuanşer Burçuladze ilə görüşü başa çatıb.

Görüşdə iki ölkənin Müdafiə nazirlikləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tərəflər Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafından məmnunluq ifadə ediblər, bu münasibətlərin daha da dərinləşməsinin vacibliyi vurğulanıb.

Görüşün sonunda iki ölkə arasında müdafiə sahəsində əmədaşlıq planı imzalanıb.

10:05
Azərbaycan və Gürcüstanın müdafiə nazirləri – general-polkovnik Zakir Həsənov və Cuanşer Buçuladze arasında ikitərəfli görüş başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, görüş Kaxeti bölgəsində keçirilir.

Daha sonra gürcü nazir türkiyəli həmkarı Hulusi Akarla görüş keçirəcək.

İkitərəfli görüşlərdən sonra müdafiə nazirlərinin üçtərəfli görüşü başlayacaq.