Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıbbackend

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəyə məxsus “Hürkuş” tipli təlim təyyarəsi dekabrın 3-də Azərbaycanda sınaq uçuşları keçirib.

TİA.AZ xəbər verir ki, azərbaycanlı və türkiyəli pilotlar təyyarənin üzərində iki ölkənin bayrağını dalğalandırıblar.

Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı uçuşları izləyiblər.

Diplomat tviter səhifəsində uçuşla bağlı paylaşım edib.

“Bu gün Azərbaycanda “Hürkuş” uçurduq”, – C.Bağçı bildirib.