Azərbaycan Türkiyədən 4 aya 117.3 milyon dollarlıq silah alıb – 1234 faiz artımbackend

Azərbaycan Türkiyədən 4 aya 117.3 milyon dollarlıq silah alıb – 1234 faiz artım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Ticarət Nazirliyi və İxracatçılar Məclisinin yayıdığı məlumata görə, Qarabağ müharibəsindən sonra əksər dövlətlər Anakaradan çeşidli silahlar almaq üçün müraciət ediblər. TİA.AZ həmin qaynaqlara istinadən xəbər verir ki, təkcə aprel ayında ixrac edilən hərbi sənaye məhsullarında ötən ilin eyni dövrünə nisbətən 109 faiz artım olub.

Məlumatda qeyd edilir ki, Türkiyə təkcə aprel ayında 18.8 milyard dollarlıq hərbi sənaye məhsulları satıb. Yanvar-aprel aylarında isə ixracatın həcmi 68.8 milyard dollar təşkil edib.

TİA.AZ xəbər verir ki, müdafiə və havadan müdafiə sistemləri üzrə silahların əsas təlabatçısı ABŞ-dır. Belə ki, bu ilin yanvar-aprel aylarında ABŞ Türkiyədən 386 milyon 113 min dolar dəyərində silah alıb. Bu isə ötən ilə nisbətən 58 faiz artım deməkdir.

Məlumatın ən maraqlı məqamı isə Azərbaycanla bağlıdır. Belə ki, rəsmi Bakının Türkiyədən silah alması faizi ötən ilə nisbətən 1234 faiz çoxdur. Məlumata görə, Azərbaycan Türkiyədən bu ilin ilk 4 ayı ərzində 117 milyon 315 min dollarlıq silah alıb və ikinci sırada qərarlaşıb. Buna səbəb isə 44 günlük Qarabağ müharibəsində Türkiyə istehsalı olan silahların qələbənin əldə edilməsində müstəsna rol oynamasıdır.

Qeyd edək ki, ötən ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 8.795 milyon dollarlıq silah alıb.