AZƏRBAYCAN TERRORÇU ƏSİRLƏRİ QAYTARA BİLƏRMİ? – HƏRBİ EKSPERTDƏN RƏYbackend

AZƏRBAYCAN TERRORÇU ƏSİRLƏRİ QAYTARA BİLƏRMİ? – HƏRBİ EKSPERTDƏN RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyanın hər yerində terrorçu ilə necə davranırlarsa, Azərbaycan dövləti də o cür davranacaq”. Bu sözləri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində terrorçu erməni əsirlər haqda danışarkən TİA. Az-a deyib. Onun sözlərinə görə, onlar Azərbaycan məhkəmələri qarşısında cavab verməlidir:
“9 noyabr 2020-ci ildə olan razılaşmaya əsasən Rusiya sülhməramlıları bölgəyə gələn kimi dərhal erməni silahlı qüvvələri ordan çıxıb getməli idi. Qanunların dili ilə terrorçu ilə danışılacaq. Onlar hansısa bir ölkəni təmsil etmir, Ermənistan iddia etsə ki, Ermənistanın hərbi qulluqçularıdır o zaman sual olunur, noyabr razılaşmasından sonra Ermənistan əsgəri Azərbaycan ərazisində nə gəzir? Rusiya sülhməramlıları niyə onların çıxması üçün konkret addımlar atmır? Azərbaycan antiterror əməliyyatlarını davam etdirməli, ordan bütün işğalçılar təmizlənməlidir. Bunun başqa bir yolu yoxdur. Bəyanatdan öncə olan əsirləri Azərbaycan dövləti qaytardı və iki minə yaxın erməni hərbi qulluqçusunun cəsədini taparaq Ermənistana təhvil verdi. Bir sözlə, bütün humanist addımları Azərbaycan dövləti atdı.


Sözügedən əsirlər də terrorçudur, cinayətkardır və hesab edirəm ki, Azərbaycan qanunları ilə cəzalanacaqlar. “Onlar cinayətkardır, terrorçudur, qanunsuz silahlı dəstədir”.
Qeyd edək ki, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.

Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Aytac

TİA. Az