Azərbaycan telekanallarının Youtube-dan əldə etdikləri gəlir məlum oldu – MƏBLƏĞbackend

Azərbaycan telekanallarının Youtube-dan əldə etdikləri gəlir məlum oldu – MƏBLƏĞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Televiziya kanallarının son 1 ayda Youtube-dan əldə etdikləri gəlirlər açıqlanıb.

TİA.AZ xəbər verir ki, Youtube kanalı vasitəsilə ən çox gəliri Kanal13 qazanıb. Bu, 6400 dollar təşkil edib. Siyahıda onu uyğun olaraq 6200 dollarla ATV music, 4800 dollarla ARB kanalları təqib edib.  İTV-nin Youtube kanaldan qazancı 4 500, Xəzər medianın gəliri isə 4 400 dollar olub. Youtube kanalından AzTV qazancı rəqibləri ilə müqayisəediləməz səviyyədə az olub – 121 dollar.

Fevral ayı ərzində ən çox baxış sayını isə İTV toplayıb. Kanal ay ərzində 11 694 419 dəfə baxılıb. ARB TV üçün bu göstərici 10 510 337, ATV üçün 7 612 947, Baku TV üçün isə 7 580 639 olub. Xəzər TV fevral ayında milyondan çox, AzTv və Real TV isə 170 mindən çox şəxs tərəfindən izlənib. //Ted.az