AZƏRBAYCAN “RİA NOVOSTİ”Nİ BLOKLADI:  XANKƏNDİ SEPARATÇISINDAN MÜSAHİBƏ KREMLİN TAPŞIRIĞI İDİ?backend

AZƏRBAYCAN “RİA NOVOSTİ”Nİ BLOKLADI: XANKƏNDİ SEPARATÇISINDAN MÜSAHİBƏ KREMLİN TAPŞIRIĞI İDİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, “RİA Novosti” agentliyi Qarabağda separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Artak Beqlaryandan müsahibə alıb. Artıq agentliyə ölkəmizdə giriş bloklanıb. TİA.Az xəbər verir ki, separatçılara Rusiya dövlət agentliyində platformanın verilməsinin Moskvanın tapşırığı olduğu bəllidir. Siyasi ekspert Asif Nərimanlının sözlərinə görə, separatçı rejimin nümayəndəsi bu fikirləri irəli sürüb: “Rusiya sülhməramlıları Qarabağda qeyri-müəyyən müddətə qalmalıdır; Avropa İttifaqı “münaqişənin” həllində iştirak etməməlidir.
Beqlaryanın irəli sürdüyü bu iki fikir Rusiyaya məxsusdur və demək istədiklərini onların da dili ilə səsləndirirlər. Məqsəd “Qarabağdakı etnik erməniləri” prosesdə de-fakto tərəf kimi legitimləşdirmək və Bakı-İrəvan danışıqlarına təsir rıçaqlarını genişləndirməkdir.


Birincisi, “Rusiya sülhməramlılarının bölgədə qeyri-müəyyən müddətdə qalmasını ermənilər istəyir” mesajını verir.
İkincisi, Brüsselə “hüquqlarını qorumaq istədiyiniz etnik ermənilər Avropa İttifaqını yox, Rusiyanı istəyir” mesajı ötürülür”.
Ekspert hesab edir ki, burada Rusiyanın əsas hədəf ünvanı Brüsselin prosesdə aktivliyində və “ikitərəfli format”ın önə çıxmasında həlledici tərəf olan Azərbaycandır: “Moskva Cənubi Qafqazda 44 günlük müharibədən sonra Ukraynaya hücumdan əvvəl mövcud olan vəziyyəti qaytarmaq üçün Bakıya “separatçıların legitimləşdirilməsi” təzyiqini edir.
Bunun Əliyev-Putin danışığından sonra olması da xüsusi diqqət çəkir. İstisna deyil ki, Bakı Moskvadan üçtərəfli razılaşmaların sürətli icrasının sözdən əmələ keçməsinin vaxtının çatdığını, əks təqdirdə alternativin olduğunu izah edib. Moskva isə cavabı rəsmi informasiya resursunda separatçıları legitimləşdirmək mesajı ilə verir”.

TİA.Az