Azərbaycan quru sərhədlərini niyə açmır? – Meymunçiçəyi gələ bilərbackend

Azərbaycan quru sərhədlərini niyə açmır? – Meymunçiçəyi gələ bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni xəstəliyin ölkəmizə gəlməsi gözlənilərsə, bu zaman quru sərhədlər bağlı qala bilər”.

Bu sözləri – açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu mövcud vəziyyəti qiymətləndirərkən deyib.O, qeyd edib ki, yeni pandemiya olarsa, o zaman quru sərhədlərinin açılmayacaq: “Çox təəssüf ki, koronavirus pandemiyası başa çatar-çatmaz, yeni pandemiya kimi çıxış edə biləcək xəstəlik yayılır. Ümumdünya Səhiyyə Təşkilatı da həyəcan siqnalı çalır. Düzdür, bunlar hələ tam dəqiqləşməmiş məlumatlardır. Amma bütün hallarda əgər yenidən bir pandemiya təhlükəsi yaranacaqsa, Azərbaycanın sağlamlığını təhlükə altına qoyan hər hansı xəstəlik olacaqsa, o zaman quru sərhədlərinin açılmaması baş verə bilər. Yaxud digər müvafiq tədbirlər də zərurət halına çevriləcəksə, tədbirlər görüləcək. Bu vaxta qədər pandemiya təcrübəsi göstərdi ki, Azərbaycanda müvafiq qurumlar fövqəladə vəziyyətdə üzərlərinə düşən vəzifələrlə bağlı düzgün qərarlar qəbul edə bilirlər”.

Deputat həmçinin qeyd edib ki, hazırki vəziyyətdə quru sərhədlərinin açılması ilə bağlı müvafiq qurumların dəyərləndirmələri var:

“Azərbaycan xalqının gözləntisi ondan ibarətdir ki, uzun fasilədən sonra artıq quru sərhədlər açılsın. Əminəm ki. bu istiqamətdə müvafiq qurumların da dəyərləndirmələri var. Şərtlər uyğun olan kimi, dərhal quru sərhədlərini açmağa hazırdılar. Biz də onun tərəfdarıyıq. Ancaq yeni bir pandemiya, sağlamlıq təhdidi olarsa, o zaman da yenə ona uyğun qərarlar qəbul edilə bilər”.