Azərbaycan Qlazqoda bir sıra beynəlxalq təşəbbüslərə qoşuldubackend

Azərbaycan Qlazqoda bir sıra beynəlxalq təşəbbüslərə qoşuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında (COP 26) Azərbaycan iqlim dəyişmələrinə təsirlərin azaldılması və iqlim dəyişmələrinə uyğunlaşma üzrə beynəlxalq səyləri dəstəkləyərək, bir sıra beynəlxalq təşəbbüslərə qoşulub.

TİA.AZ xəbər verir ki, konfransda Azərbaycanın nümayəndə heyətinin rəhbəri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak edir.

O qeyd  edib ki, Azərbaycan “Meşə və Torpaqdan İstifadəyə dair Qlazqo Liderlər Bəyannaməsi”, “Yaşıl Şəbəkə Təşəbbüsü – Bir Günəş, Bir Dünya, Bir Şəbəkə”, “İqlim Dəyişmələrinə Uyğunlaşma və Dayanıqlıq üçün Ambisiyaların Artırılması”, “Qlobal Okean Alyansı”, “Qlazqo Nailiyyətləri”, “100% Sıfır Emissiyalı Avtomobillərə Keçidin Sürətləndirilməsi”, “Beynəlxalq Miqyasda Ədalətli Keçid”, “Kömürdən Təmiz Enerjiyə Qlobal Keçid” kimi bir sıra təşəbbüsləri dəstəkləyib.