Azərbaycan Prezidenti: “Raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib”backend

Azərbaycan Prezidenti: “Raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib”

“Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək!”.

TİA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında yazıb.

“Həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib. Nəticədə Azərbaycanın 41 mülki şəxsi həlak olub, 200 nəfərdən çoxu isə yaralanıb. Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir”, – deyə dövlət başçısı bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki