Azərbaycan Prezidenti: “Ermənistan intiqam almağa çalışsa, tamamilə məhv olacaq”backend

Azərbaycan Prezidenti: “Ermənistan intiqam almağa çalışsa, tamamilə məhv olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ermənistan qisas almağa çalışsa, tamamilə məhv olacaq.”
TİA.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışı zamanı bildirib.
Prezident Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini, regional üçtərəfli əməkdaşlıq platformaları çərçivəsində fəal əməkdaşlıq etdiyini xatırladıb: “Ancaq Ermənistanın intiqam almaq cəhdləri sıfıra bərabər olmalıdır. Bayaq dediyim kimi, Azərbaycan sülh istəyir, lakin əks təqdirdə, belə cəhdlər olarsa, onları tamamilə məhv edəcəyik”.