Azərbaycan Premyer Liqasında yarımçıq dayandırılan qarşılaşma keçiriləcəkbackend

Azərbaycan Premyer Liqasında yarımçıq dayandırılan qarşılaşma keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulacaq.
TİA.AZ xəbər verir ki, “Qəbələ” doğma meydanda “Zirə”ni qəbul edəcək. Güclü qar səbəbəindən ötən gün 65-ci dəquiqədə yarımçıq dayandırılan qarşılaşma bu gün 12.30-dan etibarən davam etdiriləcək. Oyunda həmin dəqiqəyə qədər hesab açılmayıb.
Azərbaycan Premyer Liqası
 
19-cu
 
14 mart
 
12:30. “Qəbələ” – “Zirə” 0:0 (İKİNCİ HİSSƏ)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
Turun baş tutan 3 qarşılaşmasında aşağıdakı nəticələr qeydə alınıb.
“Səbail” – “Keşlə” 0:3
“Sabah” – “Qarabağ” 0:1
“Neftçi” – “Sumqayıt” 2:1