Azərbaycan Premyer Liqasında ilin son turuna start verilirbackend

Azərbaycan Premyer Liqasında ilin son turuna start verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Azərbaycan çempionatında 14-cü tura start veriləcək.
TİA.AZ xəbər verir ki, turun ilk iki qarşılaşması bu gün baş tutacaq. Əvvəlcə “Qəbələ” doğma meydanda “Neftçi”ni qəbul edəcək. Komandalar çempionatda 52 dəfə üz-üzə gəlib. Bunların 16-da bölgə təmsilçisi, 24-də paytaxt klubu qələbə qazanıb. 12 qarşılaşmada heç-heçə qeydə alınıb. Top fərqi də paytaxt təmsilçisinin xeyrinədir – 77:64. “Neftçi” 17 oyundur ki, rəqibi ilə görüşdə meydanı qolsuz tərk etmir. “Qəbələ” isə son 10 Premyer Liqa matçında qalib gələ bilməyib.
Günün ikinci oyununda “Sumqayıt” “Keşlə”ni qəbul edəcək. Bu komandalar arasında 37-ci qarşılaşma olacaq. Əvvəlki 36 görüşün 16-da qonaqlar, 10-da isə meydan sahibləri qələbəyə sevinib. 10 qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqində də “Keşlə” üstünlüyü var – 51:37. Bakı klubu çempionatdakı son 4 matçda qələbə qazana bilmir. “Gənclik şəhəri” təmsilçisi isə evdəki 4 qarşılaşmada 3 xala həsrət qalıb.
Azərbaycan Premyer Liqası, XIV tur
 
16:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
19:00. “Sumqayıt” – “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”
Tura dekabrın 16-da “Səbail” – “Sabah” və “Qarabağ” – “Zirə” görüşləri ilə yekun vurulacaq.
“Qarabağ” – 30, “Qəbələ” – 25, “Zirə” – 22, “Neftçi” – 21, “Sabah” – 14, “Sumqayıt” – 12, “Keşlə” – 11, “Səbail” – 10