Azərbaycan Premyer Liqasında 11-ci tura start verilirbackend

Azərbaycan Premyer Liqasında 11-ci tura start verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.
TİA.AZ xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
“Qarabağ” “Azərsun Arena”da “Keşlə”ni qəbul edəcək. Komandalar indiyədək ölkə çempionatlarında 67 dəfə üz-üzə gəliblər. Bunların 31-də “köhlən atlar”, 13-də isə “Keşlə” qələbə qazanıb. 23 qarşılaşmada ilə qalib müəyyənləşməyib. Top fərqində də ağdamlılar üstündür – 86:43. “Keşlə” Premyer Liqada rəqibinə qarşı son 12 matçda qalib gələ bilməyib. Meydan sahibləri isə evdəki son iki görüşdən 3 xalla ayrılıb.
Azərbaycan Premyer Liqası, XI tur
19 noyabr (cümə)
19:00. “Qarabağ” – “Keşlə”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Azersun Arena”
Turun “Zirə” – “Səbail” və “Neftçi” – “Sabah” oyunları sabah, “Qəbələ” – “Sumqayıt” matçı isə noyabrın 21-də keçiriləcək.