Azərbaycan Premyer Liqası: “Sumqayıt” qələbə qazanaraq liderliyini qoruyub-VİDEObackend

Azərbaycan Premyer Liqası: “Sumqayıt” qələbə qazanaraq liderliyini qoruyub-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

TİA.AZ-ın məlumatına görə, günün ikinci matçında “Sumqayıt” “Sabah”ı qəbul edib.

“Kapital Bank Arena”da keçirilmiş qarşılaşma “gənclik şəhəri” təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 32-ci dəqiqədə Azərbaycan millisinin hücumçusu Əli Qurbani hesabı açıb. 78-ci dəqiqədə isə Tellur Mütəllimov fərqlənib.

İki turdan sonra maksimum nəticə göstərən “Sumqayıt” xallarının sayını 6-a çatdırıb və liderliyini qoruyub. Hər iki görüşdə məğlub olan “Sabah” 7-8-ci yerləri bölüşdürür.

Qeyd edək ki, günün ilk oyununda “Qəbələ” evdə “Keşlə”ni 2:1 hesabı ilə üstələyib. Tura avqustun 22-də keçiriləcək “Zirə” – “Neftçi” və “Qarabağ” – “Səbail” matçları ilə yekun vurulacaq.