Azərbaycan Premyer Liqası: “Qəbələ” “Sumqayıt”ı məğlub etdibackend

Azərbaycan Premyer Liqası: “Qəbələ” “Sumqayıt”ı məğlub etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

TİA.AZ-ın məlumatına görə, turun açılış matçı Qəbələdə şəhərin eyniadlı komandası ilə “Sumqayıt” arasında keçirilib.

Qarşılaşma Xocalı faciəsinin 29-cu ildönümü və “Sumqayıt” klubunun vitse-prezidenti Vaqif Ömərov dünyasını dəyişməsi ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Ceyms Adeniyi 50-ci dəqiqədə vurub.

Bu qələbə sayəsində xalını 21-ə çatdıran “qırmızı-qaralar” 4-cü yerdəki “Sumqayıt”la xal fərqini ikiyə endirib.

Qeyd edək ki, XVII turun digər matçında “Zirə” “Neftçi”ni qəbul edir. Həmin qarşılaşmada hesab açılmayıb. Bu gün həmçinin “Sabah” – “Keşlə” və “Qarabağ” – “Səbail” qarşılaşmaları da keçiriləcək.