Azərbaycan Premyer Liqası: Bu gün şərikli liderlər qarşılaşacaqbackend

Azərbaycan Premyer Liqası: Bu gün şərikli liderlər qarşılaşacaq

Bu gün Azərbaycan Premyer Liqasında X tura start veriləcək.

TİA.AZ-ın məlumatına görə, milli komandaların oyunları ilə bağlı ölkə çempionatında yaranmış 2 həftəlik fasilə başa çatacaq.

Əslində ilk oyun günündə iki oyun keçirilməli idi. Lakin “Sabah” – “Səbail” oyunu bəzi futbolçuların yenidən COVID-19 testindən keçəcəkləri ilə əlaqədar təxirə salınıb. Oyunun yeni tarixi hələ bəlli deyil.

Günün yeganə matçında 15 xalla 2-ci sırada olan “Qarabağ”la eyni xala malik lider “Sumqayıt” münasibətlərinə aydınlıq gətirəcək. Ehtiyatda 1 matçı olan Ağdam klubu meydana ciddi itkilərlə çıxacaq. Koronavirusa yoluxan kapitan Maksim Medvedev və Rahil Məmmədovla yanaşı, zədəli Patrik Andrade ev qarşılaşmasında forma geyinə bilməyəcək. Zədədən əziyyət çəkən digər futbolçular – Abbas Hüseynov və Xayme Romeronun matçda iştirakı isə sual altındadır.

Komandalar ölkə çempionatında 32 dəfə qarşılaşıblar. Bu oyunların 23-də “köhlən atlar”, 5-də isə “gənclik şəhəri” təmsilçisi qalib gəlib. 4 qarşılaşma heç-heçə ilə yekunlaşıb. Qol sayında da ağdamlıların aşkar üstünlüyü var – 67:16. “Qarabağ” 19 oyunda meydanı qolsuz tərk etməyib. “Sumqayıt” son 9 səfər matçında məğlub olub.

Azərbaycan Premyer Liqası

X tur

16:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər:
 İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”.

Qeyd edək ki, turun digər oyunları noyabrın 22-də olacaq. Həmin gün “Qəbələ” “Neftçi”ni, “Zirə” “Keşlə”ni qəbul edəcək.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki