Tribuna İnformasiya Agentliyi

“AZƏRBAYCAN ÖZÜ BƏZİ ÖLKƏLƏRƏ HUMANİTAR YARDIM GÖSTƏRİR”

26 Aprel

BŞ Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı azaldılacaq və ya tamamilə ləğv ediləcək. Bu barədə ABŞ Dövlət Departamentinin 15 səhifəlik büdcə sənədində deyilir. 

ABŞ Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı azaldılacaq və ya tamamilə ləğv ediləcək. Bu barədə ABŞ Dövlət Departamentinin 15 səhifəlik büdcə sənədində deyilir. 

Sənəd layihəsinə görə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Belarus kimi ölkələrə Dövlət Departamenti xətti ilə maliyyə yardımı ləğv edilə bilər. 

Amerikanın Azərbaycana etdiyi maliyyə yardımının ləğvi ilə bağlı millət vəkili Asim Mollazadə TİA.AZ-a bildirdi ki, müstəqilliyimizin ilk illərində 907-ci düzəlişə görə, Azərbaycan Amerika Birləşmiş Ştatlarının maliyyə yardımından məhrum edilmişdi: “Buna baxmayaraq, Azərbaycan dövləti inkişaf edir və artıq Azərbaycan yardım alan ölkələrin siyahısında deyil, özü bir sıra ölkələrə humanitar sahədə dəstək verir ki, bu da Azərbaycan iqtisadiyyatının inkişafı  ilə bağlıdır. Təbii olaraq, müvafiq yardımın azalmağı Azərbaycana hansısa bir təsir göstərməyəcək. Həm qeyri- hökumət təşkilatlarına, həm də digər sahələrdə həyata keçirdiyi layihələri dövlətimiz öz iqtisadiyyatına arxalanaraq həyata keçirə bilir. Lakin Azərbaycan Amerika Birləşmiş Ştatları ilə bir sıra sahələrdə əməkdaşlıq edir və biz çox istərdik ki, təhlükəsizlik, energetika sahəsində əməkdaşlıqla yanaşı, Azərbaycanla Amerikanin ticari və iqtisadi əməkdaşlığı da genişlənsin. Ümidvarıq ki, bu istiqamətdə də bizim münasibətlərimiz inkişaf edəcək. Bu barədə Amerikanın belə bir münasibətlərin inkişafında maraqlarının olduğu barəsində prezident Donald Tramp dəfələrlə bəyanat verib. Mənə elə gəlir ki, hansısa yardımlar deyil, məhz əməkdaşlıq və qarşılıqı maraqlar  əsasında biz həm münasibətlərimizi,  həm də öz maraqlarımızı təmin edə bilərik”.

İlahə