Azərbaycan ötən il dövlət büdcəsinin kəsirini necə bağlayıb?backend

Azərbaycan ötən il dövlət büdcəsinin kəsirini necə bağlayıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2020-ci ildə Azərbaycanda dövlət büdcəsinin kəsiri 1737,1 milyon manat, ümumi daxili məhsulun 2,4 %-ni təşkil edib və yaxud proqnozlaşdırılan kəsir məbləğindən 1 631,1 milyon manat və yaxud 48,4 % az olub.
 
TİA.AZ bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, kəsirin qarşılanması aşağıdakı mənbələr, o cümlədən 800,5 milyon manatı xaricdən cəlb edilmiş kreditlər, 283,6 milyon manatı qiymətli kağızların yerləşdirilməsindən daxilolmalar, 591,5 milyon manatı 2020-ci ilin 1 yanvar tarixinə olan dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və 61,5 milyon manatı özəlləşmədən daxilolmalar hesabına həyata keçirilib.