“Azərbaycan Ordusunun ovucunun içindəyik” – Erməni bələdiyyə sədribackend

“Azərbaycan Ordusunun ovucunun içindəyik” – Erməni bələdiyyə sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Ordusu ilk gündən orada məskunlaşıb. Yadınızdadırsa, Gorusda Aruş Aruşanyanın dəstəsi ilə o dağ uğrunda döyüşürdük. Amma davam etməyə imkan vermədilər”.

Qaynarinfo xəbər verir ki, bu barədə Gorus Bələdiyyəsinin başçısı Karen Köçəryan bildirib. Onun sözlərinə görə, Azərbaycan Ordusu may ayından sonra yerləşdiyi bütün ərazilərdə möhkəmlənib:

“Onlar özlərinə bina da tikiblər. Bilmirəm, niyə biz tikinti işləri aparmırıq? Qışda oğlanlarımızı görmək üçün yolları belə təmir etmirik”.

Köçəryan deyib ki, Azərbaycan əsgəri Qaçal dağında yerləşib, bütün əraziyə nəzarət edir:

“Ermənistanda onlar kimi yollar çəkmirlər”.

Bələdiyyə sədri Ermənistan Müdafiə Nazirliyinin “sərhəddə istehkam işlərinin aparılmasına imkan vermirik” açıqlamasına cavab olaraq deyib ki, rəsmi qurumlar yalan danışır:

“Oraya yaxınlaşın və hər şeyi özünüz görəcəksiniz. Azərbaycan hərbçiləri müdafiə istehkamları tikib”.

Köçəryanın sözlərinə görə, onlar artıq həmin ərazilərdən əllərini üzüblər. O bildirib ki, hətta istəsələr belə, sərhəddəki ərazilərə erməniləri buraxmayacaqlar:

“Biz bir daha oralara gedə bilməyəcəyik. Bizi ora heç buraxmayacaqlar da. Azərbaycan Ordusu elə güclü şəkildə yerləşib ki, onları oradan çıxarmaq mümkün deyil. Biz Azərbaycan Ordusunun ovucunun içindəyik”.