Azərbaycan Ordusunun minaatan bölmələri təlim atışları yerinə yetirdi (VİDEO)backend

Azərbaycan Ordusunun minaatan bölmələri təlim atışları yerinə yetirdi (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının minaatan bölmələri ilə təlim atış çalışmaları yerinə yetirilib.
Bu barədə TİA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələr atışdan əvvəl ərazidə açılma, atəş mövqelərinin tutulması və minaatanların döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər: “Minaatanlardan yarımdüzünə tuşlama ilə tək hədəfə yerindən atış üzrə təlim atış çalışmaları müvəffəqiyyətlə icra olunub.
Bölmələrin təlim prosesi Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınaraq uğurla həyata keçirilir”.