Azərbaycan Ordusunun karvanı Qırmızı Bazardan keçdibackend

Azərbaycan Ordusunun karvanı Qırmızı Bazardan keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə məlumatında bildirilib.
Qeyd olunub ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər:
“Atəşkəs bütün təmas xəttində müşahidə olunur.
Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir və əhaliyə humanitar yardım göstərir”.
Məlumata görə, rus sülhməramlıları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı karvanının təhlükəsiz keçməsini təmin ediblər:
“Dördü – şimal və cənub istiqamətində Laçın dəhlizindən, bir karvan Şuşa – Qırmızı Bazar – Qacar marşrutu boyunca, digəri isə əks istiqamətdə”.
Nazirlikdən bildirilib ki, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizləmə qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Martın 19-da 16 hektar ərazi, 7 km yol təmizlənib:
“Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri, 1724 hektar ərazi, 536 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1616 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 249 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib”.
Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.