Azərbaycan Ordusunun əsgəri intihar edibbackend

Azərbaycan Ordusunun əsgəri intihar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda hərbçi avtomatdan açılan atəş nəticəsində vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən TİA.AZ-a bildirilib ki, hadisə iyulun 13-ü saat 23 radələrində baş verib.

Belə ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlu avtomat silahdan açılmış atəş nəticəsində ölüb.

Faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanılıb. Hazırda istintaq aparılır.