Azərbaycan Ordusunun artilleriya bölmələrinə həyəcan siqnalı verilib-VİDEObackend

Azərbaycan Ordusunun artilleriya bölmələrinə həyəcan siqnalı verilib-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı artilleriya divizionu” adı uğrunda yarış keçirilir.

Bu barədə TİA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Yarışa cəlb olunan divizionların tədris-material bazası və şəxsi heyətin təchizatına baxıldıqdan sonra hərbi qulluqçuların hazırlıq səviyyəsi yoxlanılaraq fərdi və qrup şəklində normativlər qəbul edilir.

Daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən bölmələr təyin olunmuş marşrutlarla hərəkət edərək atəş mövqelərini tutur.

Yarışın tələblərinə uyğun olaraq müəyyən olunmuş vaxt çərçivəsində artilleriya qurğuları atəş vəziyyətinə gətirilir, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilir.