Azərbaycan Ordusunda atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib – VİDEObackend

Azərbaycan Ordusunda atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının N hərbi hissəsində atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları yerinə yetirilib.

Bu barədə TİA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Çalışmalara cəlb olunan heyətə təhlükəsizlik qaydaları və atışın şərtləri çatdırılıb.

Atışdan əvvəl atəş hazırlığı üzrə normativlər yerinə yetirilib.

Hərbi qulluqçular əvvəlcədən hazırlanmış mövqedən hədəfə yerindən atəş açmaq üzrə tapşırıqları uğurla icra ediblər.

Təlim prosesi Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla həyata keçirilib.