AZƏRBAYCAN ORDUSU XANKƏNDİNİN 18 KİLOMETRLİYİNDƏbackend

AZƏRBAYCAN ORDUSU XANKƏNDİNİN 18 KİLOMETRLİYİNDƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verildiyi kimi, bu Azərbaycan Ordusu Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində daha 8 kəndimizi düşmən işğalından azad edib.  TİA.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı məlumat yayıb və yeni qələbələrin olacağını da bilidirib.
Bu əsnada, Türkiyə mətbuatı Azərbaycan Ordusunun Xankəndinin 18 kilometrliyində qərarlaşdığı barədə məlumat yayıb. “Milliyet” qəzetinin yazdığına görə, işğaldan azad edilən kəndlərdən Xankəndi şəhərinə olan hava məsafəsi cəmi 18 km təşkil edir. Qəzet iddia edir ki, Azərbaycanın qədim şəhəri, hazırda erməni işğalında olan Xankəndi şəhəri Ordumuzun tam nəzarəti altına düşüb.
Qeyd edək ki, bu gün Azərbaycan Ordusu Füzuli rayonunun Qaradağlı, Xatunbulaq və Qarakollu, Xocavənd rayonunun isə Bulutan, Kərmərtük, Təkə, Məlikcanlı və Tağaser kəndlərini düşməndən azad edib. Ekspertlərin rəyinə görə, bundan sonra Azərbaycan Ordusu Qubadlı, Ağdam və Xankəndinə nəzarət imkanların xeyli artırıb