“Azərbaycan ordusu son sutkada heç bir itki verməyib” – MNbackend

“Azərbaycan ordusu son sutkada heç bir itki verməyib” – MN

Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfinin cəbhədəki hücumla bağlı bəyanatını uydurma və dezinformasiya adlandırıb.

“Həmin istiqamətdə bizim tərəfimizdən heç bir hücum olmayıb. Əksinə, dövlət sərhədinin bizim tərəfdəki hissəsində sakitlik qorunub saxlanılır, bizim heç bir itkimiz yoxdur”.

TİA.AZ xəbər verir ki, bu sözləri Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin iddialarını cavablandırarkən deyib.

“Ancaq sərhədin o tərəfində erməni hərbi qulluqçuları arasında vahimə müşahidə olunur. Daha əvvəl biz Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərində atıcı silahlardan atəş səsləri eşidirdik. Göründüyü kimi, erməni hərbi qulluqçuları arasında növbəti atışma oldu.

Yenə demək istəyirəm ki, bizim tərəfimizdən heç bir yeni hücum və itki yoxdur və olmayıb. Erməni tərəfinin xəbəri növbəti dezinformasiyadır”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki