“Azərbaycan xalqı döyüş ruhundadır”backend

“Azərbaycan xalqı döyüş ruhundadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozması onların təxribatçı və işğalçı mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi”.

Bu sözləri Tia.az-a açıqlamasında Qızıl  Aypara Cəmiyyəti Nəsimi rayon bölməsinin sədri Məftun Quluzadə söyləyib.

Onun sözlərinə görə Ermənistan hazırda iqtisadi tənəzzül dövrünü yaşayır və bu səbəbdən diqqəti əsas hədəfdən yayındırmağa çalışır:

“Nikol Paşinyan hakimiyyətə şirnikləndirici vədlərlə gəlsə də, faktiki olaraq heç bir iş görə bilmədi. Ermənistan əhalisi aclıq, sosial səfalət həddində yaşayır. Ümidsiz əhali çıxış yolunu xaricə mühacirətdə görürlər. Hadisələrin bu şəkildə davamı Paşinyan rejiminin süqutu ilə nəticələ bilər”.

Məftun Quluzadə qeyd edir ki, Azərbaycan nəinki Ermənistanın, hətta onun havadarlarının da cavabını verməyə hazırdır”:

“Hər kəsə məlumdur ki, Azərbaycan ordusu regionun ən güclü ordularından sayılır. Son illərdə Azərbaycanın təkcə hərbi xərclərə yönəltdiyi vəsait Ermənistanın ümumi büdcəsindən çoxdur. Belə olan halda Ermənistanın Azərbaycanla hərbi gü dili ilə danışması utopiyadır. Lakin vəziyyət Paşinyan üçün o dərəcə dramatikdir ki,  o, iki yoldan birini seçməlidir: ya hakimiyyəti itirir, ya da riskə gedir. Hazırda Ermənistanın baş naziri ikinci yolu seçsə də, məqsədinə çata biımədi. Azərbaycan Silahlı Qüvvələrinin layiqli cavabı onun məkrli planını alt-üst etdi”.

Təşkilat sədri bildirir ki, beynəlxalq  birliyin Ermənistanın təxribatçı hərəkətlərinə göz yumması qəbuledilməzdir:

“Ümumdünya Səhiyyə Təşkilatı bütün dünyada pandemiya elan edib,şə şəhərlərdə həyat dayanıb,əksər iş yerləri bağlanıb, dünya iqtisadi çətinlik dövrünü yaşayır və bütün bəşəriyyət səfərbər  olunun. Belə olduğu təqdirdə Paşinyan rejiminin atəşkəsi pozmaq cəhdi onların beynəlxalq birliyin heç bir tələbinə məhəl qoymadığını göstərir. Hesab edirəm ki, BMT-nin Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinə göz yuman beynəlxalq birliyin və o cümlədən məsələyə məsul – ATƏT-in Mnisk Qrupunun laqeyd münasibəti müşahidə olunur. Təbii ki, Azərbaycan ordusu öz ərazilərini qorumağa, ərazi bütövlüyünü bərpa etməyə  tam qadirdir. Cənab prezident İlham Əliyevin də söylədiyi kimi biz  bir qarış torpağımızı belə güzəştə getməyəcəyik”