Azərbaycan Ordusu mövqelərini daha 1.5 km irəli çəkdi – SÜNİKDƏbackend

Azərbaycan Ordusu mövqelərini daha 1.5 km irəli çəkdi – SÜNİKDƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Azərbaycan Ordusu Laçın rayonu istiqamətində sərhədlərimizin bərpası məqsədi ilə mövqelərini daha 1.5 km irəli çəkib. TİA.AZ xəbər verir ki, mövqelərin irəli çəkilməsi Sünik vilayətinin Xonznavar kəndi istiqamətində həyata keçirilib.

Həmin kəndin rəhbəri Varo Qriqoryan məlumatı təsdiq edib. O deyib ki, irəliləmə prosesi axşam saat 6-dan başlayıb. “Türklər bizim ərazilərimizə gəliblər. Biz, bir neçə hərbçi ilə birlikdə onların qarşısını kəsməyə çalışırıq. Qara göldə 3.5 km irəliləyən Azərbaycan hərbçiləri, daha 1.5 km Xonznavar kəndinə doğru mövqe dəyişikliyi ediblər. Hazırda kəndlə Azərbaycan əsgərləri arasında 2.5 km məsafə var”.

Varo Qriqoryan Azərbaycan Ordusunun gəlişindən yerli sakinlərin ciddi narahat olduqlarını, qorxuya düşdüklərini də dilə gətirib. O deyib ki, bir çoxları ailə və uşaqlarını kənddən çıxararaq, başqa yerlərə aparıblar. “Kənddə yalnız inək saxlayanlar qalıb. Nə emək olar? Əgər heyvanları olmasaydı, onlar da çıxıb gedəcəkdilər. Bizim kənd dərədə yerləşir, Gorusa təkcə bircə yolumuz var. Artıq kəndin əksər kişiləri orduya qoşulub”.

Xatırladaq ki, Azərbaycan tərəfi bununla bağlı hər hansı bir açıqlama verməyib.