AZƏRBAYCAN ORDUSU KƏLBƏCƏRƏ GİRDİ – DAŞKƏSƏN VƏ GÖYGÖL İSTİQAMƏTİNDƏNbackend

AZƏRBAYCAN ORDUSU KƏLBƏCƏRƏ GİRDİ – DAŞKƏSƏN VƏ GÖYGÖL İSTİQAMƏTİNDƏN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məlum olduğu kimi, Azərbaycan, Ermənistan və Rusiyanın Qarabağa dair imzaladıqları bəyanata əsasən erməni tərəfi dekabrın 1-nə kimi Kəlbəcər, Ağdam və Laçın rayonlarının ərazilərini boşaltmalıdır. TİA.AZ  xəbər verir ki, noyabrın 15-də Kəlbəcəri Azərbaycana qaytarmalı olan erməni tərəfi daha 10 gün vaxt istəyib. Rəsmi Bakı isə həmin xahişi nəzərə alaraq, Kəlbəcər rayonunun noyabrın 25-nə kimi boşaldılmasına icazə verib.
Qeyd edək ki, ermənilər Kəlbəcər və Ağdamı tərk etdikcə, yaşadıqları evlərdən tutmuş, məktəbləri və meşələri yandırırlar. Artıq bununla bağlı çeşidli məlumatlar və videogörüntülər toplanılıb ki, Azərbaycan tərəfi onlardan fakt olaraq istifadə etməklə, beynəlxalq məhkəmələrə müraciət edəcəyini açıqlayıb.
Bu əsnada, Rusiyanın Qarabağdakı sülhməramlıları da erməniləri işğal altında olan rayonlardan çıxarmaq üçün bəzi addımlar atırlar. JAMAZ.İNFO xəbər verir ki, proses davam etdikcə, Azərbaycan tərəfi də işğal altıdakı rayonlara daxil olmağa start verib. Türk mənbələrinin yaydığı məlumata görə, dünəndən etibarən Azərbaycan Ordusu Göygöl və Daşkəsən rayonları istiqamətindən Kəlbəcərə daxil olmağa başlayıb.
Həmin məlumata görə, Azərbaycan tərəfi həmçinin ermənilərin ərazini boşaltması prosesini müasir texnoloji avadanlıqlar, kosmik peyk və PUA-larla izləyir.