Azərbaycan Ordusu ermənilərin 4 bölüyünü mühasirəyə alıb: – Ermənistan təsdiqlədibackend

Azərbaycan Ordusu ermənilərin 4 bölüyünü mühasirəyə alıb: – Ermənistan təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Azərbaycan Ordusunun Laçın istiqamətində düşmən təxribatının qarşısını almaq üçün əməliyyat keçirdiyi barədə xəbər vermişdik. Həmin məlumatda deyilirdi ki, ermənilər bizim mövqelərə hücum etməyə cəhd göstərsə də, acınacaqlı duruma düşüblər.

Axşam saatlarında yayılmış videogörüntülərdən isə məlum olmuşdu ki, Ermənistan hərbçilərinin bəziləri qorxaraq, qaçıb, bir qismi isə müqavimətsiz şəkildə əsgərlərimizə tabe olmuşdular. Həmçinin o da məlum olmuşdu ki, Ordumuz bir neçə vacib mövqeyi nəzarətinə alıb.

Bu gün isə Ermənistan Təhlükəsizlik Şurası dünən baş vermiş hadisənin detallarını açıqlayıb. Həmin məlumatda deyilir ki, dünəndən etibarən sərhəddin şərq istiqamətində gərginlik aradan qalxıb. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurası Azərbaycan Ordusunun dünən hərbi texnikanın köməyi ilə irəliyə doğru hərəkət edərək, bir neçə istiqamətdə vacib mövqeləri nəzarətinə götürdüyünü qeyd edib.

Həmin məlumata görə, bu əməliyyat nəticəsində Ermənistan ordusunun bölgədəki 4 bölüyü Azərbaycan hərbçilərinin mühasirəsinə düşüb. “Azərbaycan tərəfinin hərəkətliliyi nəticəsində 4 erməni postu və orada xidmət edən 4 bölük bütün heyəti ilə mühasirəyə düşmüşdü. Lakin rus sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycan tərəfi ilə danışıqlar aparılıb. Və razılaşdırılıb ki, Azərbaycan Ordusu hərbi texnika və canlı qüvvəsini əvvəlki mövqeyinə çəksin. Bundan sonra bölgədə vəziyyət sabitləşib”.

Sözügedən qurum bildirib ki, hadisə barədə onlara məlumat verilən kimi, dərhal bölgədəki erməni birliklərinə silahdan istifadə etməmək barədə tapşırıq verilib.