Azərbaycan nefti 10 dollaradək bahalaşdı – Yeni qiymətbackend

Azərbaycan nefti 10 dollaradək bahalaşdı – Yeni qiymət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
TİA.AZ xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 8,3% və ya 9,93 dollar artaraq 128,71 dollar təşkil edib.
Dünən “Brent” markalı neftin bir bareli 129,68 ABŞ dolları olub.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.