backend

Azərbaycan nə qədər gözləməlidir? – Lionel Zetter

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter Almaniyanın “The European” jurnalının veb saytında (http://www.theeuropean.de/lionel-zetter/11582-berg-karabach) “Dağlıq Qarabağ – dini müharibə deyil, torpağın açıq-aydın zəbt edilməsidir” adlı məqaləsi dərc edilib. 

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter Almaniyanın “The European” jurnalının veb saytında (http://www.theeuropean.de/lionel-zetter/11582-berg-karabach) “Dağlıq Qarabağ – dini müharibə deyil, torpağın açıq-aydın zəbt edilməsidir” adlı məqaləsi dərc edilib.

Cəmiyyətdən verilən məlumata görə, məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə ekskurs edilir, ölkəmizdəki etnik və dini icmaların birgə yaşayışı üçün yaradılan dinc tolerant şəraitdən və bunun regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Məqalənin tərcüməsini təqdim edirik:

“Məqaləni yazmaqda məqsədim hazırda davam edən Ermənistan-Azərbaycan münaqişəsinin nəyə görə dini deyil, mahiyyətcə ərazi münaqişəsi olduğunun səbəblərini göstərməkdir.

Reallıq ondan ibarətdir ki, Azərbaycan böyük etnik və dini tolerantlıq məkanıdır. 2 oktyabr tarixində Papa Fransisk Bakıda Katolik icması ilə görüşərkən, burada Azərbaycanın tolerantlıq modelini parlaq ifadələrlə təsvir edərək demişdi: “Hər şeydən əlavə, mən katolik, müsəlman, pravoslav və yəhudi icmaları arasında səmimi münasibətlərin olmasından xüsusilə məmnunam. Bu yaxşı münasibətlər bunun birgə dinc yaşayış və bütün dünyada sülh üçün əhəmiyyətli olduğunu nəzərdə tutur və sübut edir ki, müxtəlif dini konfessiyaların nümayəndələri arasında səmimi münasibətlərə, hamının rifahı naminə hörmət və əməkdaşlığa nail olmaq mümkündür. Bu, bir dini təmayüllü olan monoetnik ölkə deyil.”

Monoetnik Ermənistanda isə tamam fərqli mənzərədir. Təkcə Azərbaycan paytaxtında üç işlək sinqoq dindarların üzünə açıqdır, onlardan biri yəhudi icması üçün hökumət tərəfindən inşa edilib. İki Pravoslav, həmçinin Protestant Lüteran və Roma Katolik kilsələri fəaliyyət göstərir. Dünyada tamamilə yəhudilərdən ibarət ən böyük yaşayış məntəqələrindən biri Quba şəhərindən şimalda yerləşir. Erməni kilsəsi hələ də Bakının mərkəzində yer alır. Demək istəyirəm ki, Ermənistanla münaqrişənin dinlə heç bir əlaqəsi yoxdur.

Hər bir münaqişədə olduğu kimi, tarixi və mövcud faktları nəzərdən keçirmək olduqca vacibdir. Həmçinin, məsələnin hüquqi tərəfinə də baxmaq vacibdir. Aydındır ki, qonşu ölkənin işğal edilməsi və onun mülki əhalisinə qarşı etnik təmizləmənin aparılması qanunsuzdur. Ermənistanın işğalçılıq siyasətinə BMT və digər beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymət verilərək müvafiq sənədlər qəbul edilmişdir.

İkinci Dünya müharibəsindən bəri müharibənin qanuniliyi barədə qərar vermək üçün tətbiq edilən əsas meyar onun Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstək alıb-almamasıdır. Belə ki, Səddam Hüseyn Küveyti işğal edəndə BMT onun işğal edilmiş ərazidən güclə çıxarılmasına dair qərar vermiş və nəticə etibarilə, beynəlxalq ictimaiyyət buna nail olmuşdu. Eynilə, serb qüvvələri Srebrenitsada bosniyalı mülki əhaliyə qarşı qırğın törədəndə bunun müharibə cinayəti olduğu barədə qərar verilmiş və bu, məhkəmə təqibinə gətirib çıxarmışdı.

Ermənistan həm suveren qonşu ölkənin ərazisini işğal etməkdə, həm də bütün etnik azərbaycanlı əhalini qorxutmaq üçün mülki şəxslərə qarşı qırğın törətməkdə günahkardır. 1992-ci ilin 26 fevral tarixində Xocalıda 613 nəfər kişi, qadın və uşaqların kütləvi qətli mülki əhali arasında vahimə yaratmaq və onları ərazidən qaçmağa məcbur etmək üçün xüsusi amansızlıqla törədilib. Bu qəddar taktika Dağlıq Qarabağ və ətraf rayonlardan bir milyona yaxın azərbaycanlıların öz ölkələrində məcburi köçkün olmalarına gətirib çıxarıb.

Xocalı qırğınını xatırlayaraq Ermənistanın indiki prezidenti (həmin vaxt müdafiə naziri olmuş) Serj Sərkisyan tanınmış britaniyalı jurnalist Tomas de Vaala demiş: “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Biz həmin stereotipi dağıda bildik”. Mülki əhalinin qəsdən hədəfə alınması bütün dünyada müharibə cinayəti kimi qəbul olunur.

Hadisələrin bu xronologiyası ardıcıl olaraq qətnamələrin qəbul edilməsi ilə nəticələnib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası yekdilliklə 822, 874, 884 və 853 saylı, eləcə də, təşkilatın Baş Assambleyası da 62/243 saylı qətnamələr qəbul edib. Bu siyahıya Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) 1416 saylı qətnaməsini də əlavə etmək olar. Bunların hamısında eyni məsələ vurğulanır – Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycanın suveren ərazisidir və Ermənistan öz işğalçı hərbi qüvvələrini bölgədən çıxarmalıdır.

Beləliklə, bu, münaqişənin tarixinə və hüquqi tarixçəsinə ekskurs idi. Bəs hazırkı vəziyyət necədir? Aprel ayında hər iki prezident münaqişə ilə bağlı planlaşdırılmış danışıqlar aparmaq üçün Vaşinqtonda olduğu zaman erməni qüvvələri Goranboy, Füzuli və Ağdam rayonlarında qəsəbələri atəşə tutması, bu da tammiqyaslı döyüşlərə çevrildi. Bu, Ermənistan tərəfindən status-kvonu saxlamaq, yəni, belə desək, qonşusunun ərazisinin işğalını davam etmək məqsədi ilə törədilmiş daha bir təxribat oldu. Bu, ilkin işğal zamanı baş vermiş oxşar vəziyyəti xatırladırdı. O zaman sülh danışıqları ərəfəsində Ermənistan “yeni təhlükə” aşkar edərək yeni hücumlara başlayaraq, daha çox Azərbaycan torpaqlarını qəsb edərək sülh prosesini pozmuşdur. Aprel hücumu, çoxu Ermənistanla sərhəddə, həmçinin, Ermənistan tərəfindən işğal edilmiş ərazilər arasındakı təmas xətti boyunca yerləşən kəndlərdə yaşayanlar da daxil olmaqla, mülki əhali arasında itkilərə səbəb olmuşdur. Aprel savaşı zamanı hər iki tərəfdən onlarla hərbçinin də həlak olması faktı da qeydə alınıb.

Aprel döyüşlərinin bir müsbət nəticəsi o oldu ki, iki prezident (Əliyev və Sərkisyan) görüşməyə və sülh danışıqlarının bərpa edilməsinə dair razılıq əldə etmişlər. Onlar Vyanada və daha sonra Sankt- Peterburqda görüşmüş və üçüncü görüşün də bu yaxınlarda keçirilməsi planlaşdırılır. Ümidlər var ki, 25 il aparılan danışıqlardan sonra faktiki olaraq həqiqi irəliləyiş əldə edilə bilər. Lakin, məsələ ondadır ki, qəbul ediləndən bir neçə gün sonra, bəzi hallarda isə bir neçə saat ərzində icra olunan İraq, Serbiyaya aid olan və digər BMT qətnamələrindən fərqli olaraq Dağlıq Qarabağla bağlı qətnamələr 23 ildir ki, yerinə yetirilməmiş qalır. Azərbaycana davamlı olaraq təmkinli olmağı, güzəştə getməyi və hərbi hərəkətə keçməməyə tövsiyə edilir.

Sülh danışıqlarının hazırkı mərhələsi faktiki olaraq müəyyən real irəliləyişə gətirib çıxara bilər. ATƏT-in Minsk Qrupu – münaqişənin danışıqlar yolu ilə həllini tapmaqda öhdəlik daşıyan əsas qurum – Madrid prinsipləri kimi tanınan sənəd hazırlayıb. Onun dəqiq detalları məlum deyil. Buna rəğmən, həmin prinsiplərə Dağlıq Qarabağın uzunmüddətli gələcəyi haqqında əsaslı danışıqlar aparıldığı müddətdə işğal edilmiş yeddi ətraf rayonun mərhələlərlə qaytarılmasının daxil olduğu nəzərdə tutulur. Son dəfə bu təkliflər müzakirə edildikdə Azərbaycan onları qəbul edib, Ermənistan isə yox.

Lakin sual edilməlidir – Azərbaycan nə qədər gözləməlidir? Torpaq və canları qəsb etmiş oğrunu, həqiqətən də mükafatlandırılacağı nəzərdə tutulur ? Qəsb olunmuş mülkiyyət necə geri qaytarılacaqdır ? Son eskalasiyadan öyrənilən dərs odur ki, bu iki ölkənin həssas mövqedə yerləşdiyini nəzərə alaraq, cari status-kvo yalnız regional deyil, hətta qlobal sülh üçün böyük təhlükədir. Buna görə, beynəlxalq ictimaiyyət tərəfindən daha güclü iradə olmalıdır və ATƏT-in Minsk Qrupu bütün Qafqaz regionunda sülh naminə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün təcavüzkara daha güclü təzyiq göstərilməlidir.

Bu dəfə ermənilərin seçimi olmaya bilər. Ermənistanın iqtisadiyyatı böhran vəziyyətindədir və gənc ambisiyalı ermənilər Rusiya və Avropaya mühacirət etdikcə əhalidə azalmalar yaranır. Bu həftə Əhali haqqında Məlumat Bürosu (Population Reference Bureau) tərəfindən yeni proqnozlar dərc edilib və hesablamalara görə, 2050-ci ilə Ermənistan əhalisi 2.5 milyona qədər azalacaqdır – təqribən Toronto əhalisinə bərabər. Onilliklərlə Ermənistan hərbi cəhətdən Rusiyaya arxalanıb – hazırda onun iqtisadiyyatı və insfrastrukturu da tamamilə asılı vəziyyətdədir. Bu, “Böyük Ermənistan” xülyasına qurbanlar verməkdən yorulmuş Ermənistan əhalisi arasında getdikcə artan narazıçılığa səbəb olur. “Böyük Ermənistan” xülyası və Ermənistanın aqressiyası olmasaydı, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən boru kəmərlərindən faydalana bilərdi.

Sülh hər zaman mümkündür. Azərbaycanlılar və ermənilər onilliklərlə dinc şəraitdə yanbayan yaşayıblar. Azərbaycan – hazırda neft qiymətinin aşağı olmasına baxmayaraq – varlı ölkədir və Ermənistanın isə kəskin şəkildə sərmayəyə ehtiyacı vardır. Yalnız bu münaqişə həll edildiyi, Ermənistan və qonşu Azərbaycan və Türkiyə arasında sərhədlər yenidən açıldığı halda bütün region daha sabit və firavan ola bilər. Və bu məsələ “müsəlman” Azərbaycan və “xristian” Ermənistan arasında hansısa çoxəsrlik dini münaqişənin həll edilməsi ilə bağlı deyil. Bu məsələ qonşular və keçmiş dostların əvvəllər üstünlük təşkil edən ahəngdar münasibətlərə geri qayıtmaq istəyi barədə qərara gəlməsi ilə bağlıdır.